Xəbər lenti

Orta Asiya ölkələri NATO-ya üzv ola bilər? (ŞƏRH)
Dünya 12:23 18.07.2023

Orta Asiya ölkələri NATO-ya üzv ola bilər? (ŞƏRH)

Bir sıra ABŞ senatorları düşünür ki, NATO Asiya ölkələri hesabına genişlənə bilər. Senatorlar Den Sallivan və Tammi Dakvortun fikrincə, ABŞ-ın Asiya müttəfiqləri başa düşüblər ki, NATO üzv ölkələri ilə qarşılıqlı əlaqəyə böyük ehtiyac var. 

"Şimali Atlantika Alyansının genişlənməsini qaçılmaz hesab edirsinizmi” sualına Sallivan "bu belədir”. "Düşünürəm ki, böyük irəliləyiş var. Bu, sadəcə Çinin bir neçə dəfə - mənim hesablamama görə, təxminən 20 dəfə xatırlanması deyildi... Yaponiyanın baş naziri, Avstraliyanın baş naziri, Cənubi Koreyanın prezidenti orada idilər”, deyə Alyaskadan olan respublikaçı senator əlavə edib. 

Siyasi şərhçi Qaynarinfo-ya açıqlamasında Arif Əliyev hazırkı mərhələdə Asiya ölkələrinin NATO-ya üzvlüyünü real hesab etmir: 



"Asiya ölkələrinin də NATO-ya qəbulu məsələsi bu günün söhbəti deyil. Ukrayna, Gürcüstan çoxdandır NATO-ya üzv olmağı gözləyir. O ki, qala Asiya ölkələri ora üzv olsun. Bu olsa-olsa gələcəyə yönəlmiş mesajlardır. Asiyanın Yaponiya, Cənubi Koreya kimi ölkələr artıq siyasətdə oturuşmuş, kifayət qədər tutumlu ölkələrdir. ABŞ senatorları Asiya ölkələrinin NATO-ya üzvlük məsələsindən danışarkən güman ki, Orta Asiya və onun altında olan ölkələri nəzərdə tutub. Amma hələlik bu məsələ gündəmdə deyil. Ehtimal ki, daha çox təbliğat məqsədilə bu fikirlər səsləndirilib. Hər halda senat tərəfindən söylənilən fikirlər hərbi ehtiyacdan daha çox siyasi məna daşıyan bəyanatlardır”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->