"Los Angeles Leykers" 2024 NBA Draftında 55-ci ümumi seçimlə Bronni Ceymsi seçib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bleacher Report" məlumat yayıb.
19 yaşlı basketbolçu "Leykers"in hücumçusu LeBron Ceymsin oğludur. Beləliklə, NBA tarixində ilk dəfə olaraq ata və oğul eyni komandada oynaya biləcəklər.
Oktyabrda 20 yaşı tamam olan Bronni keçən mövsüm Cənubi Kaliforniya Universitetində oynayıb. O, 25 oyunda 19 dəqiqə ərzində orta hesabla 4,8 xal, 2,8 ribaund və 2,1 məhsuldar ötürmə edib.
Dekabrda 40 yaşı tamam olan LeBron Ceyms NBA-da 22-ci mövsümünü keçirəcək. 1492 müntəzəm NBA oyununda o, orta hesabla 27,1 xal, 7,5 ribaund və 7,4 asistlə yadda qalıb.
Aydın
Şərhlər