Qana millisinin sabiq kapitanı Asamoa Qyan 37 yaşında karyerasını bitirdiyini rəsmən elan edib.
Qaynarinfo-nun məlumatına görə, 20 ildən çox davam edən karyeradan sonra futbolçu butslarını asmaq və aktiv futbolçu fəaliyyətini bitirməyi qərara alıb.
Karyerası ərzində "Udineze" (İtaliya), "Sanderlend" (İngiltərə), "Renn" (Fransa), "Kayserispor" (Türkiyə) kimi klublarda çıxış edib.
Hücumçu Qana millisinin heyətində meydana çıxdığı 109 oyunda 51 qola imza atıb. O, bu göstəricidə millinin rekordçusudur.
Səbuhi Həsənov
Şərhlər