Xəbər lenti

Küveyt əmiri böyük oğlunu baş nazir təyin etdi
Dünya 10:03 25.07.2022

Küveyt əmiri böyük oğlunu baş nazir təyin etdi

Küveyt əmiri Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah böyük oğlu Əhməd Nəvaf Əl-Sabahı Küveytin baş naziri təyin edib.

Qaynarinfo bu barədə "Kuna" agentliyinə istinadən xəbər verir.

Küveyt əmiri 2022-ci ilin mart ayının əvvəlində Əhməd Nəvaf Əl-Sabahı baş nazirin birinci müavini və həmçinin Küveytin müdafiə naziri təyin etmişdi.

Küveytin yeni baş naziri Əhməd Nəvaf əs-Sabahın 66 yaşı var və general-leytenant rütbəsində təqaüddə olan hərbçidir.

O, Küveyt əmirinin böyük oğludur və əvvəllər Küveyt Milli Qvardiyasının müavini vəzifəsini daşıyırdı.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->