2--Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Qətərə səfər edəcək.
Onun dünya çempionatının bağlanış mərasimində iştirak edəcəyi gözlənilir.
Bu barədə şənbə günü Türkiyə liderinin administrasiyası məlumat yayıb.
"Prezidentimiz Qətər əmirinin dəvəti ilə dekabrın 18-də dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün Dohaya səfər edəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, Ərdoğan mundialın açılış mərasimində də iştirak edib.
Mənbə: Anadolu
Şərhlər