Ən qısa nikah Küveytdə qeydə alınıb və bu, qeydiyyatdan sonra cəmi üç dəqiqə davam edib.
Qaynarinfo bu barədə REN TV-yə istinadən xəbər verir.
Boşanmaya səbəb yeni ərin gəlinə ünvanladığı təhqiramiz ifadə olub. Toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə bəyin gəlinə sataşdığını paylaşıb.
Belə ki, qadın yeriyərkən büdrəyib və bu zaman kişi onu "axmaq” adlandırıb.
Hadisə nəticəsində cütlük qeydiyyatdan cəmi 180 saniyə sonra nikahlarının bitdiyini açıqlayıb.
Aydın
Şərhlər