Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində son turun oyunları keçirilir.
Qaynarinfo-nun məlumatına görə, D qrupunun III turunda Danimarka yığmasını minimal hesabla məğlub edən Avstraliya adını pley-offa yazdırıb. "Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.
Qrupun digər oyunda Tunis və Fransa milliləri qarşılaşıb. Hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə isə Antuan Qrzimann qol vursa da, matç bitən kimi qol ofsayda görə ləğv edilib və Tunis qələbə qazanıb.
Beləliklə, Fransa və Avstraliya 6 xalla 1/8 finala vəsiqə qazanıb. Tunis 4 xalla 3-ü, Danimarka 1 xalla sonuncu olub.
Qeyd edək ki, bundan əvvəl Niderland, Seneqal, İngiltərə, ABŞ, Braziliya və Portuqaliya 1/finala çıxıb.
Şərhlər