Qana və Uruqvay milli komandaları Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıblar.
Qaynarinfo xəbər verir ki, H qrupunun sonuncu turunda üz-üzə gələn yığmaların duelində Cənubi Amerika təmsilçisi 2:0 hesablı qələbə qazansa da, digər matçda Portuqaliyanın Cənubi Koreyeya uduzması asiyalıların mərhələ adlamasına səbəb olub.
Uruqvay seçməsindən hər iki qolu Corcian de Arraskaeta vurub. O, 26 və 32-ci dəqiqələrdə fərqlənib.
Beləliklə, Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.
H qrupunun sonuncu - III turunda Portuqaliyanı 2:1 hesabı ilə məğlub edən Asiya təmsilçisi digər matçda Uruqvayın Qanaya 2 top fərqi ilə qalib gəlməsi ilə 2-ci yerin sahibi kimi mərhələ adlayıb.
Beləliklə Cənubi Koreya yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
Şərhlər