Qətərdə təşkil olunan DÇ-2022-nin C qrupunda III turun oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bu matçlar həlledici xarakter daşıyır.
Bu qrupda 1/8 finala vəsiqələrdən heç birinin sahibi müəyyənləşməyib. Dörd komandanın da qrupdan çıxmaq şansı olduğundan son tur böyük maraq kəsb edir.
Qrupun lideri Polşa çempionatın favoritlərindən sayılan Argentina ilə üz-üzə gələcək. Digər qarşılaşmada Səudiyyə Ərəbistanı ilə Meksika qarşılaşacaq.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri dekabrın 2-dək davam edəcək.
DÇ-2022, qrup mərhələsi
C qrupu
III tur, 30 noyabr
23:00. Polşa – Argentina 0:2
Qollar: Aleksis MakAllister, 46, Yulian Alvares, 67
23:00. Səudiyyə Ərəbistanı – Meksika 0:2
Qollar: Henri Martin, 47, Luis Çaves, 52
Şərhlər