Xəbər lenti

Bu halda həlak olan şəxslərə də  şəhid statusunun verilməsi təklif edilir (VİDEO)
Video 23:55 16.10.2024

Bu halda həlak olan şəxslərə də  şəhid statusunun verilməsi təklif edilir (VİDEO)

Azad olunmuş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli sahə var.


Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsinin müzakirəsində Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib. O bildirib ki, 4 il ərzində azad edilmiş ərazilərin 14,2 faizində təmizləmə aparılıb.


Sədr müavini minatəmizləmə prosesi zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklifi ilə də çıxış edib. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə ANAMA rəsmisinin təklifi ilə bağlı bildirib ki, məsələ layihənin plenar iclasda müzakirəsi zamanı qaldırıla bilər.


Deputat Elman Məmmədov isə qeyd edib ki, Ermənistanın Azərbaycanın ərazilərinə minaları basdıran ölkə olmasına baxmayaraq, ona bununla bağlı beynəlxalq dəstək göstərilib, maliyyə ayrılıb.


Deputat Səbinə Salmanova isə iş şəraitini və risk dərəcəsini nəzərə alaraq, minatəmizləyənlərin də güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq, eyni zamanda güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin siyahısına salınmasını təklif edib. Qanun layihəsi plenar iclasa tövsiyə olunub.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->