Xəbər lenti

Azərbaycan meyvə-tərəvəzin idxalını niyə artırıb? (VİDEO)
Ölkə 22:36 16.10.2024

Azərbaycan meyvə-tərəvəzin idxalını niyə artırıb? (VİDEO)

Meyvə-tərəvəzin ixracı azalıb, idxal isə artıb.


Bu ilin yanvar-sentyabr aylarında ölkəyə 195 milyon 802 min dollar dəyərində 256 min 644 ton meyvə-tərəvəz idxal edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,8% və 11,7% çoxdur. Bu dövrdə 458 milyon 798 min dollar dəyərində meyvə-tərəvəz isə ixrac edilib. Bu isə, illik müqayisədə 2,5% azdır.


İqtisadçı Xalid Kərimlnin fikrincə, bu il ixracda azalma və artım məhsulun növünə görə dəyişib.


Səbəbləri açıqlayan mütəxəssis qeyd edib ki, kənd təsərrüfatı məhsullarının ixracı iqlim faktorlarından, yağıntının miqdarından asılıdır. Çünki bu proses növbəti ildəki ixrac rəqəmlərinə ciddi təsir göstərir.


Eskpertin sözlərinə görə, bu kontekstdə idxalın çox olmasının pozitiv tərəfi də var. Belə ki, yerli təsərrüfatlarda məhsuldarlığın az olması ilə yanaşı, idxalın artması meyvə-tərəvəz qiymətlərinin yüksəlməməsinə səbəb olub.


Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.


 

 

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->