Xəbər lenti

Narkotik qəbul etdi, nənəsini güldanla döydü - Həbs olundu
Dünya 17:06 16.10.2024

Narkotik qəbul etdi, nənəsini güldanla döydü - Həbs olundu

Bərdə rayonunda narkotik təsiri altında nənəsini güldanla döyən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1997-ci il təvəllüdlü də Elmin C. yaşadığı evə gələrək mobil telefonunu itirməsinə görə nənəsi və anasını günahlandırıb.

Həmin gün axşam saatlarında Elmin nənəsi Səmayə ilə mübahisə edərək, onun boyun nahiyəsindən tutub, başını qapının küncünə vurub və evdə olan güldanı onun üzərinə atıb.

Məlum olub ki, Elmin hadisəni narkotik maddələrinin təsiri altında törədib. Nənə məhkəmədə nəvəsində şikayətçi olduğunu deyib. 

Məhkəmənin qərarı ilə Elmin İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə təqsirli bilinərək 15 gün müddətinə həbs edilib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->