Xəbər lenti

Avopa İttifaqı Avropadakı antisemitizmdən narahatdır
Dünya 18:34 16.10.2024

Avopa İttifaqı Avropadakı antisemitizmdən narahatdır

"Yəhudi irsi və yəhudi mədəniyyəti Avropa irsinin bir hissəsidir və bu olmasaydı, Avropa artıq Avropa ola bilməzdi".

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyannaməsində deyilir. 

Aİ Şurası çərşənbə axşamı elan edib ki, Avropa İttifaqı (Aİ) antisemitizmlə mübarizə və yəhudi həyatını gücləndirmək məqsədi daşıyan bəyannaməni yekdilliklə təsdiqləyib.

"Yəhudi həyatının gücləndirilməsi və antisemitizmlə mübarizə" adlanan bəyannamə Avropa antisemitizminin yüksək - "həyəcanlı" səviyyəyə gəldiyi bir vaxta təsadüf edir. Bəyannamə Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi ilə qəbul edilib. Qeyd edilir ki, Aİ birmənalı şəkildə antisemitizmin, irqçiliyin, nifrətin və ayrı-seçkiliyin bütün formalarına qarşıdır.

Şura həmçinin onu da vurğulayır ki, antisemitizmin artması HƏMAS-ın İsrailə qarşı 7 oktyabr hücumları ilə bağlıdır.

Bəyannamə Şuranın mübarizə aparmaq niyyətində olduğu müxtəlif antisemit ritorika növlərini təsvir edir. Buraya Holokostun inkarı və ya Holokostun əhəmiyyətsizləşdirilməsi də daxildir. Şuranın yekdil mövqeyinə görə, bu tendensiyalar, xüsusən də onlayn olaraq artmaqdadır.  Şura Beynəlxalq Holokost Anma Alyansının (IHRA) antisemitizm tərifinin qəbulunu və həyata keçirilməsini təşviq edir.

Bəyannamədə əlavə edilir ki, Holokostun inkarı "yəhudi icmalarına zərər verə bilər, kollektiv tarixi yaddaşı sarsıda bilər və Avropa demokratik cəmiyyətlərinin birliyini və təhlükəsizliyini təhdid edə bilər”.

Bəyannamə antisemitizmlə mübarizə ilə məhdudlaşmır - Şura həmçinin təhsil, mədəniyyət və Holokostun xatirəsi vasitəsilə yəhudi həyatının təşviqinə sadiqliyini vurğulayır.

Şuranın sədrliyi (indiki dövrdə sədr Macarıstanıdr) sosial mediada bildirib ki, indi biz həmişəkindən daha çox yəhudi icmalarını, irsini və mədəniyyətini qorumaq üçün birləşməliyik, çünki onlar Avropanın kimliyinin vacib hissəsidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->