Xəbər lenti

Ayda 74 manat maaş alan qapıçı:
İdman 22:00 19.09.2023

Ayda 74 manat maaş alan qapıçı: "Sevgilimi varlı bir adam qaçırdı"

Qananın Birinci Liqa təmsilçisi "Dreams"ın qapıçısı Lord Bava Marte maraqlı açıqlama verib.

Qaynarinfo-nun məlumatına görə, qolkiper sevgilisini varlı bir adamın qaçırdığını deyib. O, kasıb olduğu üçün sevgilisinin onu zəngin bir adama dəyişdiyini deyib. 25 yaşlı futbolçu "Angel FM"ə açıqlamasında aldıqları az maaşdan və sevgilisini necə itirməsindən danışıb:

"Kimsə sadəcə, sevgilimi qaçırdı. O, məni pula görə tərk etdi. Başlanğıcda əldə etdiyim reklamlara görə hər şey çox gözəl idi. Lakin reklam onu ​​saxlamaq üçün kifayət etmədi. O, çox şikayətlənirdi və mən həmişə pis maaşlarla bağlı bəhanələr gətirirdim. Bu səbəbdən varlı bir adam tapdı və getdi. Mən onu günahlandırmıram. Bu şəraitdə bir sevgiliyə sahib olmaq asan deyil. Bizi tez-tez qadın düşkünlüyünə görə ittiham edirlər, lakin bu doğru deyil. Tamaledə bir komandada oynadığımı və ayda 500 kedis (73 manat) maaş aldığımı fərz edək. Mənə borc olaraq "waakye" (Qanada elit yemək növü) versələr, bunun üçün işləmək məcburiyyətində qalacağam".

Marte liqada futbolçuların aldığı maaşdan və üzləşdikləri çətinlikdən də danışıb:

"Bu, bizim peşəmiz olmasına və istedadımıza inanmağımıza baxmayaraq, lazımi qiyməti almırıq. Bu, maaşlarımızda öz əksini tapmır. Narahatlıqlarımızı sadalasaq, bitməz. Mənə yaxşı məlum olan səbəblərə görə bu mövsüm heç bir komandada oynamamağı seçdim. Təkliflərim çox idi, amma əvvəlki təcrübələrimə görə onları rədd etdim. Çünki vəzifənizi yerinə yetirərkən xəsarət ala bilərsiniz və heç kim sizə fikir verməyəcək. Hələ də 300 kedis (44 manat) qazanan oyunçularımız var. Sizə 300 kedis ödənildiyini fərz etsək, ay ərzində necə sağ qalarsınız?”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->