50 ildən sonra ilk ABŞ eniş aparatı 8 yanvar bazar ertəsi Aya yola düşüb.
Qaynarinfo Associated Press-ə istinadən xəbər verir ki, özəl "Astrobotic Technology” şirkətinin "Peregrine” kosmik gəmisi "United Launch Alliance Vulcan” raketindən istifadə edilərək orbitə
buraxılıb.
Kosmosa uçuş Florida ştatında yerləşən Kanaveral burnundan həyata keçirilib. Plana görə, aparat fevralın 23-də Aya enməlidir. Hündürlüyü 1,9 metr və eni 2,5 metr olan "Peregrine” modulu Aya yük, o cümlədən NASA üçün elmi avadanlıqlar, Everest dağından bir parça daş, həmçinin "Ulduzlu yol” serialının yaradıcısı Cin Roddenberri və fantastika yazıçısı Artur Klarkın küllərini daşıyacaq.
NASA iki özəl şirkətə Ayın ərazisini araşdırmaq məqsədilə Ay modulları qurmaq üçün pul ayırıb. Bu cihazların NASA-nın elmi təcrübələrində də iştirak edəcəyi və Aya kommersiya yükləri çatdıracağı güman edilir. "Astrobotic Technology” şirkəti "Peregrine” modulunun yaradılması üçün 108 milyon dollar alıb.
Nizami Bağırov
Şərhlər