Xəbər lenti

90-cı illərin ən yaxşı futbolçuları - Bir az təəcüblü, bir az ədalətsiz SİYAHI
İdman 09:32 05.07.2022

90-cı illərin ən yaxşı futbolçuları - Bir az təəcüblü, bir az ədalətsiz SİYAHI

1990-cı illər futbol üçün həqiqətən qızıl dövr idi. Əfsanəvi oyunçular bütün dünyaya səpələnmişdilər və bir çox azarkeşin gözündə fubolun zirvəyə çatdığı onillik idi. 90-cı illərdə meydanları "işıqlandıran" ikonik fiqurların bolluğu nəticəsində sözügedən dönəmi bəzəmiş ən yaxşı futbolçunun adını çəkmək faktiki olaraq qeyri-mümkün bir işdir. Bu səbəbdən "Ranker"də azarkeşlər tərəfindən seçilmiş ən yaxşı futolçuların siyahısına nəzər salmağı üstün tutduq. Düzdür, hazırda veb saytlarda aşağı səsvermə xüsusiyyətinə görə bir neçə saxta seçim var. Lakin ümumilikdə bunun vicdanlı, əfsanələrlə dolu bir siyahı olduğunu qeyd edə bilərik. Alessandro Del Piero, Corc Vea, Roy Kin, Roberto Bacco, Xristo Stoiçkov, Pol Qasqoin, Qabriel Batistuta və Marsel Desai kimi adlar olmaya bilər. 

Amma 30 nəfərlik siyahıda kifayət qədər sevgi görmüş adlar da var.

30. Raul Qonzales
 


Əla başlanğıc. Raul 90-cı illərdə "Real"ın heyətində Qızıl Buts mükafatını qazandı və 1999-cu ildə dünyanın ən yaxşı bombardiri oldu.

29. Canfranko Zola
 


Başqa bir mütləq "rəqqas". "Napoli”, "Parma” və "Çelsi” 90-cı illərdə italyanların parladığı "ev" idi. Hətta 1997-ci ildə Zola ilin futbolçusu da seçilmişdi.

28. Andrey Şevçenko
 


Şevçenkonun ən yaxşı illəri belə desək "Milan"da keçdi, lakin o, 90-cı illərdə Kiyev "Dinamo"sunda fantastik idi. Onun buradakı qolları klubun 11 kubok qazanmasına kömək etdi.

27. Oliver Kan
 


Əfsanələr gəlməyə davam edir. Kan, 90-cı illərdə "Bavariya" və Almaniya millisində mütləq bir nəhəng idi.

26. Mixael Laudrup
 


Müasir dövrdə bir qədər aşağı qiymətləndirilən futbolçu. Öz zamanında çox istedadlı forvard olan Laudrup həm "Barselona"da, həm də "Real"da fərqlənərək, 1990/91-dən 1994/95-ə qədər ardıcıl beş mövsümdə La Liqanın qalibi olub.

25. Alessandro Nesta
 


Karyerası 2000-ci illərdə illərdə zirvəyə çatsa da, o, 90-cı illərdə ecazkar idi. 1998-ci ildə "Latsio" ilə birlikdə A Seriyasında ilin gənc futbolçusu seçildi.

24. Marko van Basten
 


Futbolun ən böyük faciələrindən biri Van Bastenin karyerasının zədə səbəbindən yarımçıq kəsilməsidir. Xüsusilə 1992-ci ildə "Ballon d'Or" və dünyada ilin oyunçusu mükafatlarını qazandığı "Milan"da onu izləmək azarkeşlər üçün böyük xoşbəxtlik idi.

23. Ruud Qullit
 


Daha bir möhtəşəm "Milan"lı. Qullitin ən yaxşı günləri 1980-ci illərdə olub, lakin sonrakı on ildə də onun parlaq olduğunu inkar etmək düzgün deyil. Hollandiyalı 1995-ci ildə "Çelsi"yə qoşuldu. Onun komandası ilk mövsümündə ilin ən yaxşısı seçildi.

22. Klarens Sidorf
 


Hollandiya çox yaxşı futbolçular yetişdirib, elə deyilmi? Sidorf 90-cı illərdə "Ayaks", "Sampdoria", "Real" və "İnter"in formasını geyinib. O, dörd klubun hamısında əla çıxış edib.

21. Edqar Davids
 


Davids əslində 90-cı illərdə "Ayaks"da Sidorf ilə birlikdə oynadı. Hər iki yarımmüdafiəçi 1994/95 mövsümündə klubun Çempionlar Liqasını qazanmasına kömək etdi. 

20. Peter Şmeyxel
 


Premyer Liqa tarixinin ən böyük qapıçılarındandır. Şmeyxel 90-cı illərdə Ser Aleks Ferqüssonun dominantlıq edən komandası "Mançester Yunayted"in təməl daşı idi və ümumilikdə 15 kubok qazandı.

19. Xavi Hernandes
 


Bu seçim bir az çaşdırıcıdır. Xavi bütün zamanların ən yaxşı yarımmüdafiəçisi adlandırılır. Yalnız 90-cı illərə diqqət yetirdikdə deyil. O, 1998-ci ildə "Barselona"da debüt etdi.

18. Rayan Giqqz
 


Şmeyxeldə olduğu kimi, Giqqz də 90-cı illərdə "Mançester Yunayted"in uğurunda mühüm rol oynadı. Komanda kubokları ilə yanaşı, uelsli həm 1991/92, həm də 1992/93 mövsümlərində ilin ən yaxşı gənc oyunçusu seçildi.

17. Lotar Matheus
 


Tamamilə hər şeyi edə bilən yarımmüdafiəçi Matheus 90-cı illərdə "İnter", "Bavariya" Almaniya üçün sensasiyalı idi. O, 1990-cı ildə layiq olduğu "Qızıl top"u da qazanmışdı.

16. George Hacı
 


Hacı 90-cı illərdə həm "Real", həm də "Barselona"nı təmsil edən bir "sehrbaz" idi. Rumıniyalı əfsanə 1994-cü ildə "Qızıl top" üçün səsvermədə dördüncü olub. O, eyni zamanda 1993, 1994, 1997 və 1999-cu illərdə ölkəsində ilin futbolçusu seçilib.

16. David Bekhem
 


Bekhem 1998-ci ildə Argentinaya qarşı keçirilən mundialda meydandan qovulmuşdu,.Lakin onilliyin sonunda yenə də çoxlu uğur qazandı. O, 1998/99-cu illərdə "Mançester Yunayted”ə üç kubok qazanmağa kömək etdi, bu da onu 1999-cu ildə "Qızıl top”un ikincisi kimi başa vurdu.

14. Alan Şirer
 


90-cı illərdə Şirer çox xüsusi bir oyunçu idi. O, "Sauthempton", "Blekbern", "Nyukasl" və İngiltərə millisində qollarını sıraladı . Eyni zamanda 1995/96 mövsümündə "Blekbern"i Premyer Liqa çempionluğuna apardı.

13. Paolo Maldini
 
 

İtalyan ən böyük müdafiəçi kimi qəbul edilir və 90-cı illərdə həmişə olduğu kimi xüsusi idi. "Milan"la 12 kubok qazanan Maldini, həm də 1994-cü ildə dünyanın ən yaxşı futbolçusu seçildi. 

12. Erik Kantona
 


Mif, əfsanə. 90-cı illərdə Kantona "Lids" ilə Birinci Divizion titulunu qazandı. Ardından keçdiyi "Mançester Yunayted"i İngiltərənin ən yaxşı komandasına çevirdi. Onun adının Premyer Liqanın Şöhrət Zalına daxil edilməsi təəccüblü deyil, hə?

11. Ruud van Nistelroy
 


Van Nistelroy Kantonanı qabaqlayır? Heyrət! Vay. Van Nistelroyun karyerası PSV-də başladı eyni ildə hücumçu Niderland millisində debüt etdi. Beləliklə, onun ilk 10-un astanasında necə yer qazandığı maraqlıdır.

10. Rivaldo
 


Vay, yüksək keyfiyyətli seçimlərə qayıdın. Rivaldo 90-cı illərdə sol dayaq yarımmüdafiəçisi kimi meydanları işıqlandırdı, xüsusən də "Barselona"da fərqləndi. 1999-cu ildə braziliyalı olduqca inanılmaz vaxt keçirdi, "Ballon d'Or", dünyada ilin və Amerika Kubokunun ən yaxşı futbolçusu mükafatlarını qazandı.

9. Edvin van der Sar
 


Van der Sarın Şmeyxeldən necə irəli düşdüyünə çox da əmin deyilik. Hollandiyalı 1995-ci ildə Çempionlar Liqasında "Ayaks"a kömək etdikdən sonra Avropanın ən yaxşı qapıçısı seçildi. 

8. Dennis Berqkamp
 


İlk toxunuş istedadı tansrılardan gələn adam. 90-cı illərdə "Ayaks" və "Arsenal"da Berqkamp fərqli bir planetdən gəlmiş kimi futbol oynayırdı. Lakin buna baxmayaraq onun Rivaldo, Şirer və Kantonadan öndə olmalı olduğuna əmin deyilik.

7. Luiş Fiqu
 


Burada heç bir arqument yoxdur. 1995, 1996, 1997, 1998 və 1999-cu illərdə Portuqaliyada ilin futbolçusu seçilən görən Fiqu "Real" və "Barselona"dakı heyranedici çıxışları ilə diqqət çəkirdi.

6. Kafu
 


Bütün zamanların ən yaxşı sağ cinah müdafiəçisi? Kafu həmin söhbətdədir. O, 1994-cü ildə dünya çempionatın qalıibi olan  Braziliya millisinin bir hissəsi idi. Elə həmin il Cənubi Amerikada ilin futbolçusu seçildi. Onun "Milan"dakı uğurlu karyerası 2000-ci illərdə baş vermiş ola bilər, lakin biz onun siyahıda ön yerlərdə olması ilə bağlı mübahisə etməyəcəyik.

5. Romario
 


Romario 90-cı illərdə futbol dünyasına hakim idi.  PSV,  "Barselona" və Braziliya millisinin heyətində tez-tez qollar vururdu. Romario 1994-cü ildə ilin ən yaxşı oyunçusu mükafatı da daxil olmaqla, xeyli sayda fərdi titullar qazandı.

4. Tyeri Anri
 


Anri 90-cı illərin reytinqində Romarionu qabaqlayır?! Deməyə söz yoxdur. Bəli, gənc 'Titi' klub səviyyəsində və beynəlxalq arenada müəyyən uğurlar qazandı, lakin o, 2000-ci illərdə hamımızın izləməkdən həzz aldığı futbolçunun solğun kölgəsi idi. Əslində, Anri ümumiyyətlə siyahıda olmamalıdır.

3. Roberto Karlos
 


Tarixdə hər kəsdən fərqli bir müdafiəçi. Karlosun 1997-ci ildə ilin ən yaxşı oyunçusu mükafatı üçün ikinci yeri tutması faktı sizə "Real"ın simvolunun özünün ən yaxşı çağında, nə qədər parlaq olduğu haqda bilmək üçün hər şeyi deyir. Onun sehrini müdafiənin sol cinahında izləmək bir imtiyaz idi.

2. Zinəddin Zidan
 


Möhtəşəm Zidan, şübhəsiz ki, oyunu ilə 2000-ci illərdə "Real"da zövq verirdi. Lakin onun 90-cı illərdə "Yuventus"un heyətində necə yaxşı oynadığını heç vaxt unutmaq olmaz. 'Zizu' lqəbli dahi 1998-ci ildə həm "Qızıl top", həm də ilin ən yaxşı oyunçusu mükafatlarını qazandı. Eyni zamanda "Yuventus"la çempion oldu, elə həmin ildə Fransa tarixində ilk dünya kubokunu qazandı. 

1. Ronaldo
 


Birinci yerdə başqa kim olacaqdı, hə? 90-cı illər 'El Fenomeno'ya aid idi.  Xüsusən də o, demək olar ki, bütün onillik boyu zədəsiz qaldı. "Kruzeyro", PSV, "Barselona", "İnter" və Braziliya millisində Ronaldo qollarını vurdu. Cəmi 21 yaşına qədər o, iki dəfə dünyada ilin oyunçusu mükafatını qazanmışdı (1996 və 1997). Daha çox deməyə ehtiyac varmı?

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->