Xəbər lenti

Zaxarova:
Dünya 16:35 28.03.2024

Zaxarova: "Ermənistan-Aİ-ABŞ görüşü Rusiyaya qarşı yönəlib"

Yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşü İrəvanla Bakı arasında sülhün əldə edilməsinə deyil, Rusiyaya qarşıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram"da yazıb.

Onun fikrincə, Ermənistan "erməni xalqının köklü maraqlarına tamamilə zidd olan kollektiv Qərbin son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün” alətə çevrilir.

Zaxarova deyib ki, Vaşinqton, Brüssel və İrəvan görüşün niyə narahatlıq doğurduğuna "saxta şəkildə təəccüblənirlər” və tədbirin heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini təkid edirlər. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu görüş Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri "bizim tərəfdaşlarımıza əsas diqqətlərinin yalnız Rusiyaya qarşı olduğunu birbaşa bildirirlər. Məhz belə deyirlər, açıq şəkildə”, - Zaxarova bildirib.

Rusiya XİN sözçüsü qeyd edib ki, bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar sülhə nail olmaq deyil, "Qərbin son dərəcə destruktiv yanaşmaları ilə Cənubi Qafqaza daha da nüfuz etməsi” məqsədi daşıyır. Zaxarova daha sonra belə bir siyasətin nəticələrini açıqlayıb: "Orada yeni bölücü xətlərin yaradılması, region ölkələrini anti-Rusiya gündəminə riayət etməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətmək”.  O, rəsmi İrəvanın hansı səbəbdən "söhbətin nədən getdiyini anlamıdığını” "böyük sual” adlandırıb.  

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->