Xəbər lenti

Ukrayna üçün nüvə silahı iddiası: Reallıq, yoxsa provokasiya? (ŞƏRH)
Dünya 21:00 15.11.2024

Ukrayna üçün nüvə silahı iddiası: Reallıq, yoxsa provokasiya? (ŞƏRH)

"Bu bəyanat provokasiya və təzyiq xarakterlidir"
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Böyük Britaniyanın "The Times” nəşrində Ukraynanın qısa müddətdə atom silahı hazırlamağı planlaşdırdığı barədə məqaləni şərh edərkən deyib.

"Sözügedən bəyanat Ukraynaya kömək etməyi azaltmaq fikrində olan, bu məsələni mübahisə predmetinə çevirən ölkələrə həmin fikirlərindən vaz keçmək üçün təzyiq etmək məqsədilə ortaya atılıb", deyə Arif Əliyev bildirib. 

Lakin həmsöhbətimiz düşünür ki, halda Ukraynanın nüvə silahı yaratmaq istəyi real görünmür:

"Ola bilsin ki, söhbət başqa dövlətdən Kiyevə nüvə silahı verilməsindən gedir. Lakin bunu da mümkün hesab etmirəm. Çünki nəticələri çox pis ola bilər”. 
 


Arif Əliyev hesab edir ki, Ukrayna belə bir bəyanat verməklə hər halda səhv addım atıb:

"Bir tərəfdən Kiyev nələrəsə, xüsusən də Qərb ölkələrinə təsir edə biləcəyini düşünür. Amma başqa tərəfdən fikirləşmir ki, bunun ardınca bəyanat hansısa ciddi səviyyəyə qaldırılarsa, bu müəyyən dərəcədə Rusiyanın da əl qolunu aça bilər. Yəni Rusiya sadəcə olaraq bəyanatı udub, işlərin nə ilə nəticələnəcəyini gözləməyə bilər. Bu cəhətdən sözügedən bəyanat bir qədər provokasiya xarakterli bəyanatdır. Yəqin ki, qısa zamanda onun nəticəsini görəcəyik. Ya bəyanat Kiyevin özü tərəfindən unudulacaq, ona ciddi əhəmiyyət verilməyəcək, yaxud da Rusiya bəyanata mümkün qədər sərt reaksiya sərgiləyəcək”.

Qeyd edək ki, Böyük Brtitaniyanın "The Times” nəşri Ukraynanın nüvə silahı hazırlaya biləcəyi barədə məlumat yayıb. Nəşrinin məlumatına görə, Ukrayna atom bu silahı ABŞ-ın 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərinə atdığı "Fat Man” bombası kimi qısa müddətdə plutoniumdan hazırlamağı planlaşdırır. 

Nəşr bu iddiaları yayarkən Ukrayna Müdafiə Nazirliyi üçün hazırlanan hesabata istinad edib. Həmin sənəddə qeyd edilir ki, 80 ildən sonra ABŞ-ın Manhette Layihəsi çərçivəsində hazırladığı "Fat Man” bombası kimi bomba hazırlamaq heç də çətin deyil. Hesabatda daha sonra qeyd edilir ki, bu bomba Rusiyanın hərbi-sənaye və logistika obyektlərini məhv etmək üçün kifayət edə bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->