Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında əməkdaşlığa dair Yol xəritəsi hazırlanır.
Bunu Apa-ya açıqlamasında Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Muhammet Kasim Gönüllü deyib.
"Yol xəritəsi hər iki nazirliyin fəaliyyət sahələrinə aid mövzulara uyğun olaraq hazırlanır. Əməkdaşlıq, investisiyalar, Türkiyədə bizim nazirliyin təcrübələrinin Azərbaycana necə təsir edə bilməsi və digər məsələlər üzərində çalışırıq. Əməkdaşlığımızı necə gücləndirmək, hansı sahələrdə əməkdaşlıq etmək məsələlərinə baxırıq. Sözügedən Yol xəritəsinin bu ilin sonuna hazır edilməsi hədəflənir", - nazir müavini bildirib.
Şərhlər