ABŞ-ın yardımı sayəsində Ukrayna Silahlı Qüvvələri bu yay döyüş meydanında öz hərbi sürətini bərpa edə və hücuma keçə biləcək.
Qaynarinfo "The Hill”a istinadən xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrem CBS telekanalının "Face the Nation” proqramına müsahibəsində
deyib.
"Ukraynaya ya yardım edəcəyik, ya da etməyəcəyik. Artıq onlara F-16 vermənin, təyyarələrin və Rusiya daxilində hədəfləri vurmaq üçün uzaq mənzilli artilleriyanın idarə edilməsinin vaxtı çatıb", - o deyib.
Qrem bildirib ki, ABŞ-ın yardımını gecikdirdiyinə görə Ukrayna sürətini itirib, lakin indi Kiyevin silahları olduğu üçün "bu müharibəni çevirməyi şansı var”. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hücuma keçməlidir. "Düşünürəm ki, Ukrayna bu yay hərbi sürətini bərpa edəcək", - Qrem əlavə edib.
Senator bildirib ki, Putinin aktivləri bütün dünyada təqib edilməlidir.
"Rusiyanın suveren fondlarından pulu götürün və Ukraynaya verin. Avropada Rusiyanın 300 milyard dolları var. Və suveren aktivləri müsadirə edib Ukraynaya verməliyik", - o vurğulayıb.
Nizami Bağırov
Şərhlər