Xəbər lenti

Netanyahu hər girov üçün 5 milyon dollar verəcəyini vəd etdi
Dünya 23:14 19.11.2024

Netanyahu hər girov üçün 5 milyon dollar verəcəyini vəd etdi

İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.


APA xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.


"Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Biz həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Seçim sənindir, seç. İstənilən halda, nəticə eyni olacaq: biz bütün girovları geri qaytaracağıq”, - deyə netanyahu bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->