Xəbər lenti

Türkiyədə 2600 illik abidənin üzərindəki yazı deşifrə edildi - Orada nə yazılıb?
Dünya 23:02 19.11.2024

Türkiyədə 2600 illik abidənin üzərindəki yazı deşifrə edildi - Orada nə yazılıb?

ABŞ-ın Pensilvaniya Universitetində Qədim Yunan tarixi və arxeologiyası üzrə professor Mark Mann Türkiyədə 2600 illik bir abidə üzərindəki qədim və ciddi zədələnmiş yazını deşifrə etdiyini bildirib.

Qaynarinfo "Live Science" portalına istinadən xəbər verir ki, bu abidənin üzərində şirlər və sfenkslər təsvir olunub. Abidə "Arslan Kaya" (tərcümədə "Şir qayası") adı ilə tanınır.

Araşdırma nəticəsində məlum olub ki, abidədə "Materan" adı yazılıb. Bu, eramızdan əvvəl təxminən 1200-600-cü illərdə müasir Türkiyə ərazisində çiçəklənən Frigiya ilahəsinin adıdır. O dövrün insanları ilahəni sadəcə "Ana" kimi tanıyır və hörmət ediblər. Bu tanrıçaya müxtəlif qədim mədəniyyətlər də sitayiş edib.

ABŞ-ın Pensilvaniya Universitetindən professor Mark Mann qeyd edib ki, yunanlar Frigiya ilahəsini "Tanrıların anası" kimi tanıyıblar. Romalılar isə ona "Magna Mater" ("Böyük Ana") deyib.

Professor "Kadmos" jurnalında dərc olunan məqaləsində yazır ki, bu abidə Lidiya Krallığı dövründə inşa edilib. Həmin krallıq Frigiya ilahəsi Materanı yüksək dərəcədə ehtiramla qəbul edib.

Abidə təbii təsirlər və qarətçilər tərəfindən ciddi zədələnib. Yazını oxumaq çətin olduğundan, onun üzərində 19-cu əsrdən etibarən mübahisələr gedirdi. Mark Mann abidəni dəqiq işıqlandırma ilə fotoşəkillərini çəkib, köhnə şəkil və videoları da analiz edərək yazının detallarını deşifrə edib.

Mannın fikrincə, Materan adı abidədə daha böyük bir yazının tərkib hissəsidir. Bu yazıda ilahə kimliyinin və yazının kim tərəfindən sifariş edildiyinin izah edildiyi güman edilir. Professor həmçinin abidənin stilistik xüsusiyyətlərini araşdıraraq yazının eramızdan əvvəl 6-cı əsrin birinci yarısına aid olduğunu təsdiqləyib.

Lakin Fransadakı Praktiki Tədqiqatlar Məktəbinin müəllimi Rostislav Oreşko bu araşdırma ilə bağlı fərqli fikir bildirib. O, Frigiya yazıları üzrə geniş tədqiqatlar aparsa da, Mannın işində iştirak etməyib. Oreşko deyib ki, "Kadmos" jurnalında dərc olunan məqalə yazının oxunuşunu izah edir, lakin yeni bir interpretasiya təqdim etmir.

"Materan adı və onun Frigiya ilahəsi olması ilə bağlı oxunuş artıq 19-cu əsrdə təklif edilmişdi. Mannın nəticələri bu interpretasiyanı sadəcə təsdiqləyir", deyə Oreşko bildirib.

Abidənin sirri ətrafında müzakirələr hələ də davam edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->