Xəbər lenti

Ölkə 13:09 09.07.2024

"Summativ qiymətləndirmə ləğv edilməlidir" - Ekspert

"Summativ qiymətləndirmə ləğv edilməlidir. Bu metod müəllim üçün əlavə vaxt itkisidir. Eyni zamanda, təhsil alan üçün də bu dərs yükünün ağırlığı anlamına gəlir”.
 
Bunu Qaynarinfo-ya açıqlmasında təhsil eksperti Elçin Əfəndi Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublunun ibtidai siniflərdə bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsinin müzakirə edildiyi barədə fikrini şərh edərkən deyib:

"Azərbaycan orta məktəblərində qiymətləndirmə dioqnostik, formativ və summativ olmaqla 3 istiqamətdə aparılır. Summativ qiymətləndirmə təhsil verən və təhsil alanları adətən həyacanda saxlayan prosesdir. 
 
Tədris ili ərzində 3 dəfədən az, 6 dəfədən çox olmamaqla kiçik summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. Kiçik summativ qiymətləndirmədə fənn müəllimləri tərəfindən tədris olunan mövzuların qiymətləndirilməsi həyata keçirilirdisə, böyük sumamtiv qiymətləndirmədə isə məktəb rəhbərliyi tərəfindən yaradılan pedoqoji kommisiya tərəfindən hər yarım ilin sonunda imtahan götürülür. İndi isə nəzərdə tutulur ki, ibtidai təhsil pilləsində summativ qiymətləndirmənin sayı azaldılsın və ya ümumiyyətlə ləğv olunsun. Dördüncü siniflərdə monitorinq qiymətləndirmələr isə davam etdirilməlidir”.
 


Ekspert bildirib ki, təhsil yükünün çox olmaması üçün tədris ilinin sonunda bir qiymətləndirmənin aparılması mümkündür:

”Summativ qiymətləndirmə ümumiyyətlə ləğv edilməlidir. Bu müəllim üçün əlavə vaxt itkisi deməkdir. Eyni zamanda, təhsil alan üçün də bu dərs yükünün ağırlığı anlamına gəlir. Onun ləğvi təhsilin keyfiyyətinə mənfi təsir göstərməyəcək. Əksinə, düşünürəm ki, müsbətə doğru təsir edəcək. Çünki şagirdin bilik və bacarığının qiymətləndirilməsi üçün fərqli metodlardan istifadə etmək olar”. 

Bundan əvvəl, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu mətbuata açıqlamasında deyib ki, ibtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur. Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq. Nazirlik rəsmisi həmçinin əlavə edib ki, ümumi təhsilin dövlət standartlarının yenilənməsi 5 ildən bir nəzərdə tutulur:

"2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək. Yeni standartların hazırlanması ilə bağlı işlər gedir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->