Xəbər lenti

Rusiyada “Xalqın çağırışı” hərəkatının sədr müavini Lobnyada öldürüldü
Dünya 22:59 07.06.2024

Rusiyada “Xalqın çağırışı” hərəkatının sədr müavini Lobnyada öldürüldü

"Xalqın çağırışı” hərəkatının sədr müavini Anton Yeqovtsev Lobnyada dava zamanı öldürülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

"Gənc qısqanclıq zəminində baş verən dava zamanı öldürülüb”, - deyə agentlikdəki mənbə bildirib. Onun sözlərinə görə, cinayət ötən gecə baş verib. 
İlkin məlumata görə, şübhəli şəxs Yeqovtsevi girişdə gözləyib, ona bıçaqla hücum edib, dava düşüb, lakin Yeqovtsev aldığı xəsarətlərdən ölüb. Hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, şübhəli şəxs Yeqovtsevin arvadını təqib edib, həmçinin kişini dəfələrlə hədələyib.

"Xalqın çağırışı”nın sosial şəbəkələri qurumun mədəni-tarixi yaddaşı, mənəvi-əxlaqi dəyərləri qorumaq üçün regionlararası ictimai hərəkat olduğunu bildirir. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->