Rusiya və Çin BMT-nin İsrail və HƏMAS qruplaşması arasında atəşkəslə bağlı ABŞ-ın təklif etdiyi qətnamə layihəsi ilə razılaşmayaraq ona öz düzəlişlərini təklif ediblər.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər
verir.
Agentliyin məlumatına görə, hazırkı sənəd layihəsi İsrail üçün "məqbul” kimi təsvir edilən atəşkəs təklifini alqışlayır, "HƏMAS-ı da onu qəbul etməyə çağırır və hər iki tərəfi gecikmədən və heç bir şərt qoymadan onun şərtlərinə tam əməl etməyə çağırır”.
Layihə tərəflərin razılığı ilə birinci mərhələdə Qəzza zolağında "tam və hərtərəfli atəşkəs”, ikinci mərhələdə isə "hərbi əməliyyatların yekun dayandırılmasını” nəzərdə tutur.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri İsrailin planı həqiqətən qəbul edib-etmədiyinə şübhə ilə yanaşır və Şuranın dərhal atəşkəs və bütün girovların qeyd-şərtsiz azad edilməsi tələbinə əməl etməsini istəyir.
"Reuters”in məlumatına görə, Rusiya öz növbəsində HƏMAS və İsraili bu təklifi qəbul etməyə və dərhal, qeyd-şərtsiz və daimi atəşkəs tələb etməyə çağıran düzəlişlər təklif edib. Moskva həmçinin atəşkəsin birinci mərhələsinin ikinci mərhələ üzrə danışıqlar başa çatana qədər qüvvədə qalmasını istəyir.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəs və bütün girovların azad edilməsi ilə bağlı üç mərhələli həll yolu təqdim edib. HƏMAS silahlılarının bu plana müsbət reaksiya verdiyi qeyd edilir.
Nizami Bağırov
Şərhlər