Ukraynaya verilən F-16 qırıcıları Rusiya üçün "qanuni hədəf” olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov RİA Novosti-yə verdiyi şərhdə bildirib.
O, iddia edir ki, belə təyyarələr döyüş tapşırıqlarında iştirak edərsə, Rusiyanın F-16-ları Ukraynadan kənarda vurmaq hüququ olacaq. O, həmçinin Ukrayna xaricindəki F-16 aerodromlarını "qanuni hədəflər” adlandırıb.
Xatırladaq ki, iyunun 10-da Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığının aviasiya rəisi Sergey Qolubtsov bildirib ki, tərəfdaşların Ukraynaya təhvil verəcəyi bəzi F-16 qırıcıları Rusiya hücumlarından qorumaq üçün xarici hava bazalarında yerləşdiriləcək.
Onun sözlərinə görə, bu cür qırıcılar Ukrayna Silahlı Qüvvələrinin ehtiyatı olacaq, xüsusən də zərurət yaranarsa, "müntəzəm texniki xidmət zamanı nasaz təyyarələri əvəz etmək” üçün nəzərdə tutulur.
Nizami Bağırov
Şərhlər