Xəbər lenti

Rüfət Hacıyevin məhkəməsi başladı
Ölkə 10:35 06.07.2024

Rüfət Hacıyevin məhkəməsi başladı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev və Hesablama Palatasının əməkdaşı İntiqam Hacıyevin məhkəməsi başlayıb.

"Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərdən R.Hacıyev həbsdədir, İ.Hacıyev isə sərbəst mühakimə edilir.

İlk iclasda R.Hacıyevin də ev dustalqlığına buraxılması istənilib. Müdafiə tərəfi şəxsin bəlli bir yaşayış yerinin mövcudluğunu, istintaqdan yayınma fikrində olmadığını vəsatətin təmin edilməsinə əsaslar kimi göstərib

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti isə əks fikirdə olub. Vəsatət rədd edilib.

Tərəflərin razılığı ilə cinayət işi məhkəmə baxışına verilib. Hakimlər əmək məzuniyyətinə çıxdığına görə, növbəti iclas 3 ay sonraya təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. R.Hacıyev külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, İ.Hacıyev isə rüşvət alınmasına vasitəçilikdə ittiham olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->