"Qarabağ"ın sabiq futbolçusu Xayme Romero karyerasını İranda davam etdirəcək.
Qaynarinfo-nun məlumatına görə, 32 yaşlı futbolçu "Traktor"un formasını geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Romero tibbi müayinədən keçmək üçün Təbrizə gəlib. O, müayinələrdən uğurla keçərsə, klubla müqavilə bağlayacaq.
Romero "Qarabağ"a qədər İtaliyada "Bari", İspaniyada "Osasuna" və "Qranada", Türkiyədə isə "Erdospor"un formasını geyinib.
Futbolçu 2019-2022-ci illərdə Ağdam klubunda çıxış edib.
Səbuhi Həsənov
Şərhlər