"Əgər bir valideyn övladının gələcəyini, iş imkanlarını düşünürsə, ona Koreya və Çin dillərini öyrətsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi övladlarının rus bölməsində təhsil almasına üstünlük verən ailələrdən danışarkən deyib. Ekspert bildirib ki, bəzi ailələr üçün övladının rus dilində təhsil alması dəbdir:
"Bütün dünyada bir-birini anlayışla başa düşülən dil ingilis dilidir. Ailələr yaxşı olar ki, bu dilə, yaxud da ingilis bölməsinə üstünlük versinlər. Rus bölməsi, rus dilində təhsil konkret olaraq Azərbaycanda yaşayan rusdilli vətəndaşlar, yaxud da slavyan xalqların nümayəndələri üçündür”.
Elçin Əfəndi Azərbaycanda bəzi ailələrin övladlarının rus bölməsində təhsil almasına üstünlük verməsinə belə münasibət bildirib:
"Bu, həvəslə "mənim də övladım rus dilində oxuyur” deməkdir. Təəssüf ki, bəzi valideynlər əgər övladının rus dili bölməsini bitirsə, gələcəkdə onun üçün imkanların daha yaxşı olacağını düşünür. Halbuki, bu gün ingilis dilində təhsil alanlara üstünlük verirlər”.
Ekspert hər bir insan üçün rus dilini bilməyin vacib olmadığını da vurğulayıb:
"Hər kəs rus dilini bilməlidir deyə bir anlayış yoxdur. Fərqli-fərqli dilləri öyrənmək daha məqsədəuyğundur. Bu gün əmək bazarına baxanda görürük ki, daha çox ingilis dilinə təlabat var. Rus dilinə vaxt ayırmaqdansa, Koreya, Çin dilini öyrənməyə üstünlük versinlər”.
Bahar Rüstəmli
Şərhlər