Xəbər lenti

Millinin sabiq futbolçusu oyun zamanı güllələndi
İdman 10:40 02.02.2024

Millinin sabiq futbolçusu oyun zamanı güllələndi

Boliviya millisinin sabiq futbolçusu Serxio Xuareqi Meksikada yoldaşlıq oyunu zamanı güllələnib.

Qaynarinfo-nun məlumatına görə, keçmiş peşəkar futbolçu su içmək üçün meydançanın kənarına çıxarkən bir nəfər ona yaxınlaşaraq altı dəfə atəş açıb. 38 yaşlı futbolçunun cəsədi meydançanın kənarında qalarkən, onu güllələyən şəxs hadisə yerindən qaça bilib.

Qısa müddət sonra hadisə yerinə təcili tibbi yardım gəlsə də Xuareqini xilas edə bilməyib.

Sabiq mərkəz müdafiəçisi Boliviya millisində 13 oyun keçirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->