Narkotika kartellərinin hökm sürdüyü Kolonda futbol dünyasını sarsıdan hadisə baş verib.
Qaynarinfo-nun məlumatına görə, Panama millisinin gənc futbolçusu Gilberto Hernandez silahlı hücumun qurbanı olub. O, açılan atəş nəticəsində dünyasını dəyişib.
Panama mətbuatının yaydığı xəbərə görə, Kolonda bir binanın qarşısında taksi sürücüsünü girov götürərək avtomobildən düşən silahlı şəxslər, aralarında Hernandezin də olduğu qrupa atəş açıblar. Hücum nəticəsində həyatını itirən 26 yaşlı Hernandezdən başqa yeddi nəfər də yaralanıb, cinayətkarlar isə qaçıb.
Son aylarda narkotik kartelləri arasında bir çox münaqişələrin yaşandığı Kolon şəhərində Hernandezə hücumun səbəbi hələ də aydınlaşdırılmayıb. 40 min insanın yaşadığı şəhərdə bu il narkobaronlar arasında gedən döyüşlərdə 50-dən çox insan həlak olub.
Mərkəz müdafiəçisi Panama millisində iki matçda meydana çıxmışdı.
Səbuhi Həsənov
Şərhlər