FİFA referisi Elçin Məsiyev yeni təyinat alıb.
AFFA-nın rəsmi saytından Qaynarinfo-ya verilən məlumata görə Məsiyev UEFA Gənclər Liqasının H qrupunda "Benfika” (Portuqaliya) – "Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqaliya) yerinə yetirəcək.
Qarşılaşma sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək.
Səbuhi Həsənov
Şərhlər