Xorvatiyalı futbolçu Nikola Kaliniç 2022/2023 mövsümündən sonra karyerasını bitirdiyini açıqlamışdı.
Qaynarinfo-nun məlumatına görə, sonuncu dəfə "Hayduk"un formasını geyinmiş 36 yaşlı hücumçu sonradan bu qərarını ləğv edərək, sözügedən klubla yarımmövsümlük müqavilə imzalayıb. Bu barədə klubdan açıqlama verilib. Məsələnin ən maraqlı tərəfi isə Kaliniçin klubdan alacağı məvaciblə bağlıdır. Xorvatiya mətbuatında yazılanlara görə, təcrübəli futbolçu formasını geyindiyi "Hayduk"dan bir avro maaş alacaq.
"Milan", "Atletiko" və "Roma" kimi klublarda çıxış etmiş Nikola üçün karyerası boyunca ümumilikdə 64,3 milyon avro transfer haqqı ödənilib.
Karyerası ərzində 496 matça çıxan hücumçu 164 qola, 52 məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov
Şərhlər