Xəbər lenti

CM-ə edilən dəyişiklik: Bu, qara yollarla pul ötürülməsini genişləndirə bilər
Ölkə 15:10 08.12.2022

CM-ə edilən dəyişiklik: Bu, qara yollarla pul ötürülməsini genişləndirə bilər

"Belə bir fərman nəzarətin güclənməsinə səbəb olacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Cinayət Məcəlləsinə edilən dəyişikliklə Azərbaycandan xarici ölkəyə, eləcə də Azərbaycana xarici ölkələrdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz pul köçürülməsi fəaliyyətilə məşğul olanların məbləğdən asılı olaraq cərimələnməsi və həbs edilməsi məsələsinə toxunarkən deyib. Ekspert bildirib ki, qanunun özündə müəyyən boşluqlar var:

"Bu öz-özlüyündə pozitiv yanaşmadır. Amma qanunun özündə müəyyən boşluqlar var. Burada qeyri-qanuni və yaxud qanunsuz pul köçürmələrin nə olduğunun sərhədləri müəyyənləşməyib. Hansı formada pul köçürmələrin qanunsuz və ya qeyri-qanuni olmasından söhbət gedirsə, həmin məqam ayrıca bənd olaraq salınmalı idi. Mövcud fərmanda isə yalnız ümumi sözlər yazılıb və nəzarətedici orqanlara ciddi səlahiyyətlər verilir”. 
 


Ekspertin fikrincə, iş adamları, əsasən də kiçik və orta sahibkarlar belə vəziyyətdə pul köçürmələri zamanı müəyyən problemlərlə qarşılaşacaqlar. Həmçinin, həmsöhbətimizə görə, fərman qara yollarla pul ötürülməsini genişləndirə bilər: 

"Leqal yollarla, bank vasitəsilə pul köçürmələrində problem yaşanarsa, "qara bazar” yenidən canlanacaq. Onlara müraciət edələrin sayı artacaq. Belədə atılan addım qara pul dövriyyəsinin artmasına səbəb olan nəticələr doğura bilər. Dünyada bu tip qadağalar adətən əks effekt verir. Ona görə də tək nəzarətlə məsələ bitmir. Eyni zamanda, təşviqedici və izahedici addımlarla da məsələni izah etmək lazımdır”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->