Canni İnfantino FIFA prezidenti kimi fəaliyyətini davam etdirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı vasitəsilə məlumat yayılıb. Ruandanın paytaxtı Kiqalidə keçirilən FİFA-nın 73-cü Konqresinə prezidentliyə yeganə namizəd kimi daxil olan İnfantino 2027-ci ilə qədər öz kreslosunda oturacaq.
Konqresdən sonra isveçrəli futbol funksioneri açıqlamasında, "FIFA prezidenti olmaq inanılmaz şərəf, imtiyaz və eyni zamanda məsuliyyətdir. Sizin dəstəyiniz məni qürurlandırdı və təsirləndirdi. Mənə nifrət edənlərdən daha çox məni sevənlərin olduğunu bilirəm. Mən hamınızı sevirəm” - sözlərini söyləyib.
Funksioner 2016-cı ildən FIFA prezidenti vəzifəsini icra edir.
Səbuhi Həsənov
Şərhlər