Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək Bakıda bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Qaynarinfo Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, buna səbəb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinə hazırlıq məqsədilə nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsidir.
Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur.
Şərhlər