Kiyevə raket hücumu bu gün paytaxta səfər edən Afrika ölkələrinin nümayəndə heyətinə aydın siqnal verməlidir. Rusiya sülh deyil, daha çox müharibə istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba Tvitter hesabında
yazıb.
"Putin, məhz Afrika liderlərinin paytaxtımıza səfəri zamanı Kiyevə son həftələrin ən böyük raket hücumunu həyata keçirməklə "etimad yaradır". Rusiya raketləri Afrikaya mesajdır: Rusiya sülh yox, daha çox müharibə istəyir", - Kuleba yazıb.
Qeyd edək ki, bu gün, Afrika ölkələrinin nümayəndə heyəti Kiyevdə olarkən Ukrayna paytaxtı kütləvi raket hücumuna məruz qalıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının spikeri, polkovnik Yuri İqnatın sözlərinə görə, raket hücumu zamanı hava hücumundan müdafiə qüvvələri 12 raketi - 6 Kalibr və 6 Kinjal raketini vurub. Həmçinin hava hücumundan müdafiə vasitələri iki PUA-nı yerə "endirib”.
Afrika liderlərindən ibarət nümayəndə heyəti iyunun 16-da günortadan sonra Rusiyanın Kiyev vilayətinə hücumu zamanı bomba sığınacağından istifadə edib. Reuters agentliyin jurnalistləri partlayış səsləri eşidib və havada iki raketdən tüstü izi görüblər.
Reuters komandası Afrika liderlərinin avtomobil karvanı ilə Kiyevə necə gəldiyini və onun bomba sığınacağından istifadə etmək üçün otelə necə daxil olduqlarını da görüb.
Nizami Bağırov
Şərhlər