Xəbər lenti

ADP-yə birləşməklə bağlı hansı partiya müraciət edib? (AÇIQLAMA)
Siyasət 13:55 03.04.2023

ADP-yə birləşməklə bağlı hansı partiya müraciət edib? (AÇIQLAMA)

"Prosesi biz də maraqla izləyirik. Azərbaycanda siyasi partiyalaşma prosesində bir hərəkətlilik müşahidə edilir. Prosesin bir elementi kimi bəzi partiyaların digərlərinə birləşməsi də diqqətçəkicidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov deyib. 

Sədr müavini deyib ki, ADP-yə hər hansı bir partiyadan birləşmə ilə hələlik müraciət olmayıb: "Müraciət olarsa, müzakirə edib, qərar verə bilərik”.

Həsrət Rüstəmov siyasi partiyaların bir-birləri ilə müzakirələrə başlamasını müsbət tendensiya kimi dəyərləndirib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->