Xəbər lenti

ADP qeydiyyata alınacaqmı? (AÇIQLAMA)
Siyasət 14:15 18.07.2023

ADP qeydiyyata alınacaqmı? (AÇIQLAMA)

"Azərbaycan Demokrat Partiyası reystrdən keçmək üçün Ədliyyə Nazirliyinə 5 mindən çox üzv siyahısını təqdim edib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sözü gedən partiyanın sədr müavini Həsrət Rüstəmov deyib. O, partiyanın bəzi üzvlərinə Ədliyyə Nazirliyindən telefon zənglərinin edildiyini bildirib: 

"Zəng edilənlərə partiya üzvlüyü ilə bağlı müxtəlif suallar veriblər, başqa bir məlumatımız yoxdur”. 

"Sizcə, partiyanın qeydiyyata alınması ilə bağlı problem yaşanmayacaq ki” sualına Həsrət Rüstəmovun cavabı belə olub: 

"Proqnoz vermək qeyri-mümkündür. Arzu edirik ki, bürokratik mane yaradılmasın. Biz üzərimizə düşəni etdik, hakimiyyət qeydiyyat məsələsində qanuna uyğun davranmasa hüquqa uyğun olaraq sonrakı addımları atmağı düşünürük. Əgər məhkəmələrə müraciəti nəzərdə tutursunuzsa, bəli. Yəni bütün hüquqi yollardan istifadə edəcəyik. Bizim partiyanın bu sahədə böyük təcrübəsi var”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->