Xəbər lenti

Zəfər Günü əfv olmayacaq? (AÇIQLAMA)
Ölkə 12:00 03.11.2023

Zəfər Günü əfv olmayacaq? (AÇIQLAMA)

"Zəfər Günü ilə bağlı əfv olması ehtimalı demək olar ki, yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü Əlməmməd Nuriyev deyib. 

O bildirib ki, bir ildə iki dəfə əfv sərəncamının verilməsi qeyri-mümkindir:

"Mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan əfv tarixində ən böyük sərəncamı imzalanıb və 800-dən artıq şəxs cəzadan azad edilib. Bundan əlavə bir il ərzində iki dəfə əfv sərəncamının verilməsi az gözləniləndir. Əlbəttə ki, bu, Prezidentin müstəsna səlahiyyətləridir”. 

Əlməmməd Nuriyev hesab edir ki, əgər 8 noyabrda əfv sərəncamı gözlənilsəydi, o zaman Əfv Komissiyasının iclasları keçirilərdi:

"Cəmiyyətə bununla bağlı məlumat verilərdi. Bu günə kimi iclaslar keçirilməyib. Qısa vaxt qalıb, bundan sonra həmin iclasların keçirilməsi mümkün deyil”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->