İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.
Qaynarinfo xəbər verir ki, mundiala böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 6 güləşçiylə yollanan millimiz 3 medal qazanıb.
Qurban Qurbanov (72 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) isə gümüş medal qazanıb. Yığmamız 89 xalla komanda hesabında 4-cü yeri tutdu.
Millimiz medalların əyarına və toplanan xallara görə öz nəticəsini bir qədər də yaxşılaşdırıb.
Səbuhi Həsənov
Şərhlər