Xəbər lenti

Yeni nəsil sahibkarların yetişdirilməsi üçün layihə keçirilir (FOTO)
Dünya 13:09 06.07.2024

Yeni nəsil sahibkarların yetişdirilməsi üçün layihə keçirilir (FOTO)

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  "Yeni nəsil sahibkarlarının yetişdirilməsi: biznesin və innovasiyaların idarə edilməsi üzə təlimlər" layihəsini həyata keçirir. 

Birliyin rəhbəri Sevinc Fədainin verdiyi məlumata görə, layihənin keçirilməsində məqsəd rəqəmsal əsrin tələblərinə uyğun sahibkarlar yetişdirmək, onların bizneslərinə və yerli iqtisadiyyata müsbət töhfə vermək üçün lazım olan bacarıq və biliklərlə gücləndirməkdir. 

Məqsədə uyğun olaraq, gənclər arasında sahibkarlığın təşviqi üçün tədbirlərin təşkili, sahibkarlıq və innovasiyaların idarə edilməsi sahələrində mövcud elmi və tətbiqi bilikləri iştirakçılara ötürülməsi nəzərdə tutulub. 

Layihə çərçivəsində ilk təlim "NLP vasitəsilə strategiyanın qurulması" mövzusunda olub. Təlimi karyera psixoloqu, NLP master Rübabə Mərdanova keçib.
Caspian Sport Plazada baş tutan təlimin 1-ci hissəsində NLP (Neuro Linqvistik Proqramlaşdırma) anlayışını, şüuraltı düşüncəmizi inkişaf etdirməyinin, prinsip və fərziyyələrinin sahibkarlara dəstəyinin, fərqindəlik və elastiklik qazanmağın nəzəri və praktiki yolları öyrədilib. 

1 ay ərzində baş tutan təlimlərdə, həmçinin, effektiv ünsiyyət prinsipi, uğurlu ünsiyyətin addımları, ünsiyyətdə təmsil sistemlərinin rolu, hədəf anlayışı, hədəfə fokuslanmaq haqqında geniş məlumat verilib. Eyni zamanda, təlimlərin gedişində praktiki yönümlü tapşırıqlar edilib və iştirakçıları düşündürən və narahat edən suallara cavab verilib.  Təlimlərin interaktiv keçirilməsi xüsusi önəm kəsb edib və aparılan müzakirələr gələcək sahibkarların düşüncə və ideyalarına yanaşmanı müsbət mənada dəyişə bilib.

Layihənin fəaliyyət planına əsasən, iştirakçılar uğurlu sahibkar hekayələri və təcrübələri ilə tanış edilir ki, bu istiqamətdə ilk görüş "Gulya Huseynova Hair Academy"nin təsisçisi Gülya Hüseynova ilə keçirilib.  Gülya Hüseynova gənclərlə uğurlu biznes qurma yolunda öz təcrübəsini bölüşüb. O, bu sahədə qarşılaşdığı çətinliklər və onların öhdəsindən necə gəldiyini, həmçinin müştəri məmnuniyyətinin təmin edilməsi üçün tətbiq etdiyi strateji yanaşmalardan danışıb. Eyni zamanda, liderlik bacarıqları və innovasiyalar ilə necə fərqləndiyindən bəhs edib. 

Qeyd edək ki, layihə iştirakçıları tələbələr, eyni zamanda, sahibkarlıqla məşğul olan şəxslərdir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->