Xəbər lenti

Yeni maliyyə böhranı gəlir? - Dünya banklarının rəhbərləri xəbərdarlıq etdilər
Dünya 16:17 07.11.2023

Yeni maliyyə böhranı gəlir? - Dünya banklarının rəhbərləri xəbərdarlıq etdilər

Dünyanın aparıcı banklarının rəhbərləri narahatdırlar ki, artan geosiyasi qeyri-müəyyənlikdən növbəti maliyyə böhranı yarana bilər.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

"Morgan Stanley”nin sədri və icraçı direktoru Ceyms Qormanın fikrincə, növbəti qlobal maliyyə böhranının triggeri çox güman ki, geosiyasi və ya siyasi olacaq.
Qorman, Honq Konq Valyuta-kredit təşkilatı tərəfindən təşkil edilən Qlobal maliyyə liderlərinin investisiya sammitində çıxış edən ondan çox beynəlxalq şirkətin top-meneceri arasında olub. 

"Dünyanın bəzi yerlərində demokratiya ilə bağlı problemlər çox açıqdır", - ətraflı məlumat vermədən Qorman bildirib.

"Deutsche Bank”ın baş icraçı direktoru Kristian Syuinq deyib ki, bazarlar qlobal hadisələr qarşısında əsasən dayanıqlıdır, lakin istənilən sükut yeni inkişaf riskinə qarşı həssasdır.

"Mənim ən böyük qorxum odur ki, daha bir geosiyasi eskalasiya olacaq - və bu, kifayət qədər tez baş verə bilər - və bazarlar hansısa məqamda faktiki sakitliyini itirəcək və sonra bazarda bir hadisə baş verəcək", - Syuinq bildirib. 

Şərhlər İsrail və HƏMAS arasında gedən müharibənin qlobal iqtisadi mənzərəyə qeyri-müəyyənlik əlavə etdiyi, Rusiya-Ukrayna müharibəsinin uzanması və iki supergüc liderlərinin yaxınlaşmaq səylərinə baxmayaraq, Çinlə ABŞ arasında gərginliyin artmaqda davam etdiyi bir vaxtda verilir. 

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu oktyabrda 2023-cü ildə qlobal iqtisadi artım proqnozunu 3,0% səviyyəsində saxlayıb. 2024-cü ildə ÜDM-in artımı proqnozu bir qədər pisləşərək 2,9% müəyyənləşdirilib. 

BVF-nin Tədqiqatlar departamentinin direktoru Pyer-Olivye Qurinşanın qeyd etdiyi kimi, qlobal iqtisadiyyat pandemiyadan, Rusiyanın Ukraynaya təcavüzündən və yaşayış xərcləri böhranından bərpa olunmaqda davam edir.

Eyni zamanda, Dünya Bankı hesab edir ki, Yaxın Şərqdə hərbi əməliyyatlar İsrailin HƏMAS qruplaşması ilə müharibəsi fonunda genişlənərsə, neft qiymətlərində əhəmiyyətli artım ola bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->