"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə "Saqa Gəmi Təmiri” şirkəti arasında alqı-satqı müqaviləsi üzrə mübahisə yaranıb.
Qaynarinfo xəbər verir ki, iş o həddə çatıb ki, QSC şirkəti məhkəməyə vermək məcburiyyətində qalıb və qurum Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin iddiası hakim Günay Namazovanın icraatındadır.
"Saqa Gəmi Təmiri” şirkəti 9 avqust 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN-dir. Şirkətin qanuni təmsilçisi Qədirov Nəriman Qüdrət oğludur. O, şirkətdə direktor vəzifəsini tutur.
"Saqa Gəmi Təmiri” şirkəti 2012-ci ildə oğurluq hadisəsi ilə gündmə gəlib. Həmin ildə şirkətin ofisindən 40 min 800 manat və 150 avro pul oğurlanıb. Hadisəni törətməkdə təqsirli bilinən Rafiq Məmmədov adlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.
"Xəzər Dəniz Gəmiçiliyi” QSC 2013-cü ildə yaradılıb. QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyev, Müşahidə Şurasının sədri isə maliyyə naziri Samir Şərifovdur.
Seyid
Şərhlər