Xəbər lenti

Vəkildən Mətanətin gəlninin iddialarına reaksiya:
Video 11:43 06.12.2023

Vəkildən Mətanətin gəlninin iddialarına reaksiya: "Məhkəməyə müraciət edə bilər" (VİDEO)

"Bu görüntülər uşaq hüquqlarının kobudcasına pozulduğunu göstərir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Səməd Vəkilov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın yaydığı videogörüntülərin hüququ tərəflərini izah edərkən deyib. 

Vəkil bildirib ki, ana məhkəməyə müraciət edə bilər:

"Bu, kompleks araşdırma tələb edir. Əgər uşaq hüquqlarının kobud pozuntusu varsa, əlbəttə ki, məhkəmə yenidən bu məsləyə baxa bilər. Heç kəsə icazə verilmir ki, uşaqları bu dərəcədə alçatsın. Belə hadisələr məsuliyyət yaradır və əgər sübuta yetirilərsə, bədəli ağır ola bilər. Ancaq məsələ ciddi şəkildə araşdırılmalı və sonra qərar verilməlidir".

Qeyd edək ki, Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkədə sərt müzakirələrə səbəb olan paylaşım edib. Canana övladlarının atalarının yaşadığı evə buraxılmamasının görüntülərini paylaşıb. Görüntülər sosial şəbəkədə böyük ajiotaja səbəb olub. Uşaqların acınacaqlı durumu insanları qəzəbləndirib. Canana iddia edib ki, bunu edən keçmiş ərinin hazırkı həyat yoldaşıdır.

Xatırladaq ki, Mətanət İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilib. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək, övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda Mətanət İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->