Xəbər lenti

Universiadada yarışan idmançının bu görüntülərinə görə nazir üzr istədi (VİDEO)
İdman 13:31 03.08.2023

Universiadada yarışan idmançının bu görüntülərinə görə nazir üzr istədi (VİDEO)

Çində keçirilən universiadada iştirak edən somalili idmançının görüntüləri sosial şəbəkələrdə trend olduqdan sonra Somalinin Gənclər və İdman Nazirliyi araşdırmaya başlayıb.

Qaynarinfo-nun məlumatına görə, Çinin Çenqdu şəhərində keçirilən dünya universiadasında Somalini Nasra Abukar Əli adlı qadın idmançı təmsil edib. İdmançının 100 metrlik məsafəni çətinliklə başa vuraraq sonuncuya çevrildiyi anın görüntüləri sosial mediada gündəm olub. Nəticədə Somali hökuməti ölkənin uğursuzluğuna səbəb olmaqda ittiham edilib. 100 metri yalnız 21.81-saniyə ərzində bitirə bilən idmançının korrupsiya yolu ilə yarışa göndərildiyini iddia ediblər.

Somalinin gənclər və idman naziri Mohamed Barre idmançının nazirlik tərəfindən göndərilmədiyini və seçim prosesi ilə bağlı araşdırmalara başlanıldığını bildirib. Nazir baş verənlərə görə Somali xalqından üzr istəyib.

Sosial şəbəkələrdə idmançının artıq çəkiyə malik olması və yarışda iştirak etməməsi ilə bağlı bir çox tənqidlər səsləndirilib. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->