Ümid Partiyası İqbal Ağazadənin parlament seçkilərində namizədliyini geri çəkməsi ilə bağlı deyilənlərə aydınlıq gətirib.
Partiyanın sədr müavini Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bununla bağlı partiyanın rəsmi qərarı yoxdur:
"Konkret qərar yoxdur. Bu günlərdə qəti qərar veriləcək. Kim istəyirsə, həmin dairədən namizədliyini irəli sürə bilər. Ötən seçkidə də belə hal yaranmışdı. İctimaiyyətə qərarımızın gecikməsi daha düzgün qərar verməyimizlə bağlıdır”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ümid Partiyasının sədri İqbal Ağazadənin Milli Məclisə seçkilərdə namizədliyini irəli sürmək iddiasından geri çəkilməsi ilə bağlı məlumat yayılıb.
Bahar Rüstəmli
Şərhlər