Avropa Ədalət Məhkəməsinin Avropa Super Liqası ilə bağlı qərarından sonra müzakirələr yenidən alovlanıb.
Qaynarinfo-nun məlumatına görə, Avropa Məhkəməsi UEFA və FİFA-nın Avropa Superliqasının yaradılmasını əngəlləməklə rəqabət qanunvericiliyinə zidd hərəkət etdiyinə qərar verib. Məsələ ilə bağlı UEFA prezidenti Aleksandr Çeferin də danışıb. O, Avropa Superliqasını dayandırmağa çalışmayacaqlarını açıqlayıb.
Prezident mövzu ilə bağlı açıqlamasında, "Avropa Super Liqasını dayandırmağa çalışmayacağıq, onlar istədiklərini edə bilərlər. Yəqin ki qısa zamanda möhtəşəm turnirlərinə başlayacaqlar. Ümidvaram ki, nə etdiklərini bilirlər, amma mən buna o qədər də əmin deyiləm. Futbol satılmır, bunu dəfələrlə göstərmişik” - ifadələrini işlədib.
Səbuhi Həsənov
Şərhlər