Məşhur "CBS Sports” telekanalında yayımlanan verilişdə maraqlı anlar yaşanıb.
Tanınmış aparıcı Keyt Abdo daimi ekspertlər Ceymi Karraqer və Mayk Riçardsa bu il Avropa Liqasında oynayan klubların ölkələrini tapmaqla bağlı suallar ünvanlayıb.
Suallardan biri təmsilçimiz "Qarabağ”la bağlı olub. Belə ki, "Bu klub hansı ölkəni təmsil edir?” sualına 3 cavab variant təqdim edilib: Gürcüstan, Qazaxıstan, Azərbaycan. Riçards cavabı doğru tapsa da, Karrager isə Gürcüstanın adını çəkib.
Sonda digər ekspert, "Arsenal” klubunun və Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri klubumuz haqda məlumat verib. O, təmsilçimizin I Qarabağ müharibəsi zamanı doğma Ağdamdan didərgin düşdüyünü və oyunlarını paytaxt Bakıda keçirdiyini qeyd edib.
Sözügedən görüntüləri təqdim edirik://Qafqazinfo
Şərhlər