Fransa futbolunun ikonik adlarından biri olan Tyeri Anrinin yeni iş yeri məlum olub.
Qaynarinfo-nun məlumatına görə, Fransa millisinin keçmiş ulduzu ölkəsinin U-21 millisinin baş məşqçisi olub .
Fransa Futbol Federasiyasından verilən açıqlamada sabiq milli oyunçunun 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında komandaya rəhbərlik edəcəyi bildirilib.
2025-ci ilə qədər müqavilə imzalayan 46 yaşlı mütəxəssis, futbolçu karyerasını bitirdikdən sonra "Arsenal”ın gənclərdən ibarət komandasında, "Monako”, "Monreal”da Belçika millisində məşqçi kimi fəaliyyət göstərib.
Səbuhi Həsənov
Şərhlər